“Qarabağ” daha bir futbolçu ilə müqavilə bağlayıb. Söhbət Pedro Bikalyodan gedir.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi braziliyalı dayaq yarımmüdafiəçisi ilə 3 illik müqavilə bağlayıb. Bu barədə futbolçunun üzvü olduğu “Dunkirksports” agentliyi məlumat yayıb.

Xatırladaq ki, Pedroya qışda ölkəsindən təkliflər olmuşdu. 

Bikalyo bu mövsüm çempionatda 31 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə edib. 25 yaşlı futbolçu ÇL-də təsnifat mərhələsində mümkün 6, liqada 10 oyunun hamısında meydanda olub.