"Sabah"ın baş məşqçisi Vasili Berezutski "Kəpəz"ə qarşı MPL-də XXIX tur oyunundan sonra (0:1) mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, rusiyalı mütəxəssis məğlubiyyətin səbəbini açıqlayıb:

"Bərbad oyun idi. Savaşmayacağıqsa, bizdən aşağı pillədə qərarlaşan bu kimi komandalara qarşı oyunlarda belə nəticələr qeydə alınacaq. Bu cür oyunlarda daha çox şey etməlisən. Biz hər oyunda qalib gəlməliyik. Lakin bu cür rəftarla çətin olacaq. Ürəksiz oynayıb, qələbə qazana bilməzsən".