“Mançester Yunayted” klubu qapıçı mövqeyində yaşanan problemləri həll etmək üçün yeni transfer planları qurur.
Offsideplus.az xəbər verir ki, komandanın əsas qapıçısı Andre Onananın zəif çıxışı rəhbərliyi narahat edir.
“Qırmızı şeytanlar” artıq alternativ axtarışına başlayıblar və diqqətlərini “Sauthempton”un qapıçısı Aaron Ramsdeylə yönəldiblər.
Xatırladaq ki, Ramsdey bir müddət əvvəl “Arsenal”ın əsas heyətindən kənarda qalmış və icarə əsasında “Sauthempton”a keçmişdi. Onun Premyer Liqadakı təcrübəsi və etibarlı oyunu “Mançester Yunayted”in marağına səbəb olub.
Klub mövsümün sonunda qapı xəttində dəyişiklik etməyi planlaşdırır və Aaron Ramsdey potensial namizədlər sırasında ön sıralarda yer alır.



