AFFA Misli Premyer Liqasında çıxış edən komandaların tibbi heyəti üçün seminar təşkil edib.
Offsideplus.az xəbər verir ki, seminar UEFA-nın “Football Education Program”ına əsasən “Təxirəsalınmaz tibbi vəziyyətlər və zədələr” (ürək dayanması, anafilaksiya, qıcolmalar, baş zədələri, onurğa döş qəfəsi, üz zədələri) adı altında baş tutub.
Seminarın keçirilməsində məqsəd komandalarda çalışan həkimlərin biliklərini daha da təkmilləşdirmək, futbolda tez-tez baş verən zədələr və onların UEFA standartlarına uyğun olaraq həlli yolları ilə tanış etmək olub.
Tədbirə Azərbaycan milli komandasının baş həkimi Vyaçeslav Xomenko rəhbərlik edib.
Üç gün davam edən seminarda, həmçinin yığmamızın həkimi Olcay Bayramov da çıxış edib. Eyni zamanda həkim Cavad Cabbarov da təcrübələrini həmkarları ilə bölüşüb.



