NBA-da pley-in mərhələsində daha iki klub əsas pley-offa vəsiqə qazana bilmədi.
Offsideplus.az xəbər verir ki, gecə keçirilən oyunlarda Şərq və Qərb konfranslarının 9 və 10-cu pillələrində qərarlaşan komandalar üz-üzə gəldi.
Gecənin nəticələri:
Chicago Bulls — Miami Heat qarşılaşmasında meydanı 90:109 hesabı ilə tərk edən Chicago mövsümlə vidalaşdı. Miami isə növbəti mərhələyə yüksəldi.
Sacramento Kings — Dallas Mavericks oyununda isə Dallas təcrübəsini ortaya qoyaraq rəqibini 120:106 hesabı ilə məğlub etdi və yoluna davam etdi.
Beləliklə, Chicago Bulls və Sacramento Kings üçün 2024/2025 mövsümü rəsmi olaraq başa çatdı.



