"Əlbəttə, nəticəyə görə çox məyusuq. Oyunun gedişini dəyişmək üçün bizə nəsə lazım idi. Ola bilsin ki, əlimizdən alınan penaltinin bizə çox köməyi dəyərdi".

Offsideplus.az xəbər verir ki, bu sözləri Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin "Arsenal"a qarşı cavab matçından (1:2) sonra deyib.

İtaliyalı çalışdırıcı London təmsilçisinin yarımfinala çıxmağa layiq olduğunu etiraf edib: "Biz dürüst olmalıyıq: "Arsenal" hər iki oyunda qələbəyə layiq idi. Futbolda xoşbəxt və kədərli tərəflər var. Biz dəfələrlə xoşbəxt olmuşuq. Bu gün bəxtimizə kədərli anlar yaşamaq düşdü".

K.Ançelotti "Real"da qalıb-qalmayacağı məsələsinə də üstüörtülü toxunub. O, qarşıdakı 3 yayda 3 titul qazanmaq istədiyini söyləyib: "Biz başımızı qaldırmalı və anlamalıyıq ki, Çempionlar Liqasında bu mövsüm bizim üçün alınmadı. Məğlubedilməz komanda yoxdur. İndi biz La Liga, İspaniya Kuboku və klublararası dünya çempionluğu uğrunda mübarizə aparacağıq". 

Qeyd edək ki, uzun müddətdir Karlo Ançelottinin Çempionlar Liqasında və ya İspaniya çempionatında qalib olmayacağı təqdirdə, vəzifəsindən istefya göndəriləcəyi barədə məlumatlar dolaşır.