Misli Premyer Liqasında yeni mövsümün həyəcanı bu gün start götürür.

Offsideplus.az xəbər verir ki, açılış oyununda "Turan Tovuz" "Qəbələ"ni qəbul edəcək.

Tovuz şəhər stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Görüşün baş hakimi isə Tural Qurbanov olacaq.

Qeyd edək ki, "Turan Tovuz" ötən mövsümü 3-cü, "Qəbələ" isə 11-ci yerdə başa vurub.