Azərbaycan çempionatında mövsümün başlamağına az qalmış "Araz-Naxçıvan" stadion problemi yaşayır.
Offsideplus.az xəbər verir ki, PFL-in texniki-idman direktoru Elgiz Abbasov bildirib ki, klub ev oyunlarını keçirəcəyi arena ilə bağlı çətinliklə üzləşib:
"Variantlar üzərində çalışırlar. Klubdan bizə hələlik bununla bağlı rəsmi müraciət gəlməyib".
Qeyd edək ki, Misli Premyer Liqasında yeni mövsümə avqustun 14-də start veriləcək.


