"LANDAU Lions" komandası amerikalı basketbolçusu Aubri Makalpaynla yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, ABŞ-dən olan oyunçu 2024-cü ildən etibarən komandanın formasını geyinib.
O, ötən mövsüm "LANDAU Lions" ilə birlikdə Azərbaycan çempionatının gümüş mükafatını qazanıb.


