"Barselona"nın prezidenti Xoan Laporta hücumçu Xulian Alvares transferi ilə bağlı son vəziyyəti açıqlayıb.
Offsideplus.az xəbər verir ki, kataloniyalıların rəhbəri rəqib klubun mövqeyini gözlədiklərini bildirib:
"Xulian Alvares üçün təklifimizi təqdim etmişik və artıq qərar "Atletiko" (Madrid) klubuna qalıb. Əgər Madrid təmsilçisi mövqeyini dəyişmək qərarına gəlsə, onlara müəyyən bir vaxt təyin edəcəyik. Lakin bu mövqe dəyişməzsə, digər alternativlər üzərində işləməli olacağıq. Alternativlərimiz var".


