"Qalatasaray" "Yuventus"un braziliyalı müdafiəçisi Bremerin transferi üçün hərəkətə keçib.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi İtaliya klubuna rəsmi təklif göndərməzdən əvvəl birbaşa futbolçunun nümayəndələri ilə ilkin təmaslara başlayıb.

"Sarı-qırmızılılar" müdafiəçini heyətinə qatmaq üçün ona olduqca yüksək məbləğdə maaş təklif etməyi planlaşdırır. Lakin transferin rəsmiləşməsi asan olmayacaq.

Çünki "Yuventus" Bremerə müdafiə xəttinin əsas sütunlarından biri kimi baxır və onun gedişi üçün yüksək təzminat tələb edir.