“Qarabağ”ın Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Bolqarıstanın Sofiya şəhərinin təmsilçisi ÇSKA klubu olub.
Offsideplus.az xəbər verir ki, ÇSKA ölkə futbolunun ən nəhəng klublarından hesab olunur. Onlar Xristo Stoiçkov və Dimitar Berbatov kimi əfsanə futbolçular yetişdirib.
Sofiya təmsilçisi 31 dəfə ölkə çempionu olub, 22 dəfə isə ölkə kubokunu qazanıb.
Klubun təməli 1948-ci ildə qoyulub.
Ev oyunlarını hazırda Vasil Levski milli stadionunda (43630 yerlik) keçirirlər.
Komandanın yaş ortalaması 26.2-dir. Bolqarıstan klubunun 27.55 milyon “transfermarkt” dəyəri var. Maraq üçün bildirək ki, bu rəqəm “Qarabağ”da 24.73 milyon avrodur.
ÇSKA-nın ən dəyərli futbolçusu mərkəz hücumçularıdır. İoannis Pittasın bazar dəyəri 2.5 milyon avrodur.
Sofiya təmsilçisi ötən mövsüm 36 oyuna 63 xal yığmaqla çempionatı 4-cü pillədə başa vurub.
Qeyd edək ki, ilk görüş iyulun 23-ü 21:00-da Bakıda start götürəcək.


