"Beşiktaş" Məhəmməd Salahı heyətinə qatmaq üçün ilk rəsmi addımı atıb.

Offsideplus.az xəbər verir ki, tərəflər arasında keçirilən ilk görüşmədə Salah illik 15 milyon avro maaş tələb edib.

Lakin "Beşiktaş" forması geyinməyə isti baxan ulduz futbolçu transferin reallaşması üçün maliyyə gözləntisini aşağı salıb.

Artıq transfer danışıqları rəsmi və kritik mərhələyə qədəm qoyub. Misirli hücumçunun vəkili transfer şərtlərini və müqavilə detallarını müzakirə etmək üçün İstanbula gəlib. 

Əgər tərəflər ortaq məxrəcə gələ bilsələr, bu, təkcə Türkiyə deyil, dünya futbolunda ilin ən səs-küylü transferlərindən biri olacaq.