Azərbaycanın A milli komandası UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Offsideplus.az xəbər verir ki, millimiz sentyabrın 23-də Tacikistan yığması ilə qarşılaşacaq. Qarşılaşma "Neftçi Arena"da baş tutacaq.
Qeyd edək ki, yığmamız UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-də Litva ilə səfərdə qarşılaşacaq. Millimiz daha sonra oktyabrın 1-də Lixtenşteyni, oktyabrın 4-də isə Litvanı evdə qəbul edəcək.


