DÇ-2026-nın həlledici oyununu idarə edəcək hakimin adı məlum olub.

Offsideplus.az xəbər verir kiç, turnirin böyük maraqla gözlənilən final qarşılaşmasına - İspaniya – Argentina oyunu sloveniyalı FIFA referisi Slavko Vinçiçə tapşırılıb.

Mundialın bürünc medalçısını müəyyənləşdirəcək Fransa – İngiltərə görüşündə isə əsas ədalət təmsilçisi venesuelalı Xesus Valensuela olacaq.

Qeyd edək ki, üçüncü yer uğrunda keçiriləcək Fransa – İngiltərə matçı iyulun 18-dən 19-na keçən gecə, Bakı vaxtı ilə saat 01:00-da start götürəcək. Dünya çempionunun adını müəyyən edəcək İspaniya – Argentina finalı isə iyulun 19-u, saat 23:00-da başlayacaq.