"Karvan-Yevlax" növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi Turan Vəlizadə ilə razılığa gəlib.

“Qarabağ"ın yetirməsi olan T. Vəlizadə son olaraq “Səbail”də çıxış edib.

Qeyd edək ki, o, karyerası ərzində “Qarabağ” 2, “Neftçi”, “Şamaxı”, “Turan Tovuz” və “Araz-Naxçıvan” klublarının formalarını geyinib.