"Holiday İnn" hotelində Azərbaycan Premyer Liqasının 2026/27-ci illər mövsümünün püşkatma mərasimu keçirilib.

Offsideplus.az xəbər verir ki, tədbir Peşəkar Futbol Liqasının Media və Marketinq Departamentinin rəhbəri Sənan Abdullayevin nitqi ilə başlayıb:

“Azərbaycan Premyer Liqasının püşkü atılır. Oyunların avqustun 14-ü başlamalıdır. Amma püşkatma ilə mübarizənin start götürəcəyini demək olar. Ümid edək ki, yenə də rekordlar qırılacaq. Avrokuboklarda təmsilçilərimiz qələbələr qazanır, ölkə reytinqinin aktivinə xal qazandırır. Bu mövsüm də 12 komanda mübarizə aparacaq. Bu dəfə də püşkü klub nümayəndələri iştirak edəcək”.

PFL-in texniki direktoru Elgiz Abbasov reqlament barədə məlumat verib: 

“Çempionatda iştirak edən bəzi komandaların işıqlandırma sistemi yoxdur. Buna görə bəzi klubların ev oyunlarının keçirilməsinə qadağa qoyulacaq. Elə olacaq ki, 1 komanda ardıcıl 4 dəfə səfər oyunu olacaq. Amma bu ümumi saya təsir etməyəcək. Növbəti dövrədə kompensasiya olacaq”.

İlk turun təqvimi belədir: