Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının bilet satışı başlayıb.

Offsideplus.az xəbər verir ki, iyulun 27-dən avqustın 2-dək Milli Gimnastika Arenasında təşkil olunacaq yarışın biletlərini "iticket.az" saytından və satış məntəqələrindən əldə etmək olar. Qiymətlər 2 və 5 manat təşkil edir.

Gündüz (10:30–14:30) və axşam (17:00–20:00) sessiyalarından ibarət olacaq yarış proqramını bir biletlə tam izləmək mümkündür.

Həmçinin bilet sahibləri arendakı fan zonada təşkil olunacaq əyləncəli proqramlarda və tanınmış güləşçilərin imza mərasimlərində iştirak edə biləcəklər.