Misli Premyer Liqasında XXXI turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, "Qarabağ" bu gün "Qəbələ"nin qonağı olacaq.

"Qəbələ"nin artıq 11-ci pillədən qurtulmaq şansı azdır.

"Qarabağ" isə böyük ölçüdə 2-ci yeri təmin edib.

Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

MPL, XXXI tur

9 may (şənbə)

17:00 “Qəbələ” – “Qarabağ”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov

VAR: Əli Əliyev

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Elman Musayev

Qəbələ şəhər stadionu