Misli Premyer Liqasının XXX turunda "Neftçi" "Karvan-Yevlax”ı 3:0 hesabı ilə məğlub edib. 

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

“Açığı, bu matça görə çox həyəcan keçirirdim. Çünki adətən top oyunlardan sonra futbolçuların emosional vəziyyəti o qədər də yaxşı olmur. Bununla belə, biz bunun öhdəsindən gəldik. Buna görə də futbolçularıma minnətdaram. Əslində, hər oyun bizim üçün finaldır. İkisi səfər olmaqla üç matçımız qalıb. Futbolçular yaxşı başa düşürlər ki, bundan sonrakı üç oyuna çıxıb maksimum gücümüzü göstərməliyik. Təbii ki, Azərbaycan Kubokunun final görüşündən də çox şey asılı olacaq. Buna baxmayaraq, hər bir oyunumuz bizim üçün vacibdir”.