"Çelsi"dəki məşqçi karuseli dayanmaq bilmir.
Offsideplus.az xəbər verir ki, llub rəhbərliyi ötən ay Liam Rosenioru cəmi 106 günlük fəaliyyətdən sonra istefaya göndərdikdən sonra, "Barselona"nın əfsanəsi Xavi Ernandesi əsas namizədlər siyahısına daxil edib.
Hazırda komandanı müvəqqəti olaraq Kalum Makfarlan idarə etsə də, "BlueCo" konsorsiumu 2026/27 mövsümü üçün dünya səviyyəli bir mütəxəssis gətirməkdə israrlıdır.
2024-cü ildə "Barselona"dan ayrıldıqdan sonra istirahət edən Xavi, son müsahibələrində İngiltərə futboluna olan marağını gizlətməmişdi:
"Premyer Liqada işləmək istərdim, çünki oradakı ehtiras fantastikdir. Amma mənə 4 illik ciddi bir layihə lazımdır," – deyə Xavi bildirib.
Ardıcıl məğlubiyyətlərdən sonra turnir cədvəlinin orta sıralarına geriləyən "Zadəganlar" üçün Xavi təyinatı həm oyun fəlsəfəsinin bərpası, həm də azarkeşlərin inamını qaytarmaq üçün strateji gediş hesab olunur.


