Fransa millisinin və "Yuventus"un ulduz yarımmüdafiəçisi Pol Poqba, dopinq cəzası aldığı çətin dövrlərdə yaşadığı psixoloji sarsıntılar və yenidən yaşıl meydanlara qayıtmaq motivasiyası barədə səmimi açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu bu müddət ərzində karyerasının bitməsi qorxusu ilə üz-üzə qaldığını gizlətməyib:
"Məşq etməyin mənasını görmürdüm."
Poqba cəza müddətində yaşadığı ümidsizliyi bu sözlərlə ifadə edib:
"Düzünü desəm, elə anlar olurdu ki, 'Artıq kifayətdir, bezmişəm' deyirdim. Hər şeyimi verirdim, amma sanki bu qara buludlar dağılmaq bilmirdi. Özünə suallar verirsən: 'Qayıda biləcəyəm? Yenidən futbol oynayacağam? Komanda tapa biləcəyəm? Əvvəlki formamı bərpa edəcəyəm?' Beynimdə saysız-hesabsız suallar fırlanırdı."
Ulduz oyunçu bəzən heç bir hədəfi olmadan məşq etməyin ona çox ağır gəldiyini, zənglərin kəsildiyi və gələcəyin qeyri-müəyyən olduğu günlərdə motivasiya tapmaqda çətinlik çəkdiyini vurğulayıb.
Bu ağır sınaqdan çıxmasında yaxınlarının böyük rolu olduğunu deyən Poqba, xüsusilə həyat yoldaşının təzyiqinin ona müsbət təsir etdiyini bildirib:
"Həyat yoldaşımın neçə dəfə mənə 'Tez, qalx, məşqə get!' dediyini təsəvvür belə edə bilməzsiniz.
Sosial mediadakı mesajları, stadionlardakı alqışları görəndə başa düşürəm ki, burada dayana bilmərəm."
Poqba qeyd edib ki, sevdiklərinin dəstəyi olmasaydı, bu psixoloji yükün altından qalxa bilməzdi.


