"Old Trafford"da yeni era başlayır.

Offsideplus.az xəbər verir ki, rəhbərlik baş məşqçi Maykl Kerriklə bağlı qərar qəbul edib.

"Mançester Yunayted" rəhbərliyi və INEOS qrupu müvəqqəti olaraq komandanı idarə edən Maykl Kerriki daimi baş məşqçi təyin etmək barədə tam razılığa gəliblər.

​Klubun qərarverici şəxsləri Kerrikin gələcək layihə üçün ən doğru namizəd olduğu mövzusunda "yaşıl işıq" yandırıblar.

​Son həftələrə qədər "Qırmızı Şeytanlar"ın siyahısında 8 fərqli namizədin olduğu bildirilsə də, klub rəhbərliyi artıq bu siyahını tamamilə kənara qoyub. Kerrikin interim (müvəqqəti) rəhbərliyi altında komandanın Çempionlar Liqasına vəsiqəni təmin etməsi və futbolçularla (xüsusilə Bruno Fernandes və Matis Kunya) qurduğu sıx münasibət bu qərarda həlledici rol oynayıb.

​Yunayted yalnız baş məşqçi ilə kifayətlənmir, həm də güclü bir texniki heyət formalaşdırır. Bu məqsədlə "Bavariya"da Vinsent Kompaninin köməkçisi kimi çalışan Aaron Danks hədəfə alınıb.

​Danks daha əvvəl "Midlsbro"da Kerrikin sağ əli kimi çalışıb və onların uğurlu iş birliyi klub tərəfindən yüksək qiymətləndirilir.

​"Bavariya"nın son Çempionlar Liqası oyunlarında komandanı kənardan idarə edən Danksın taktiki zəkası Kerrikin "Yunayted"dəki planlarının mərkəzində dayanacaq.

​Rəsmi müqavilənin detalları artıq hazırdır. "Mançester Yunayted"in yaxın günlərdə Kerrikə uzunmüddətli kontrakt təklif edəcəyi və 2026/27 mövsümünə onun rəhbərliyi altında başlayacağı gözlənilir.