"Qəbələ" klubunda ayrılıq yaşanıb.
Offsideplus.az xəbər verir ki, "qırmızı-qaralar" Jondo Fuxsla yollarını ayırıb. 28 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
J. Fuxs ötən ilin yayında "Qəbələ"yə qoşulmuşdu. Kamerunlu futbolçu cəmi 4 oyunda meydanda olub.


