Keçmiş UFC çempionu Konor Makqreqor 4 avqust tarixində dizindən əməliyyat olunacaq. İrlandiyalı döyüşçü bu barədə sosial şəbəkədə paylaşım edərək bildirib: "Dostlar, karyeramda beşinci əməliyyat qarşıdadır. Bu, elə də pis rəqəm deyil. Öhdəsindən gələcəyik".
Offsideplus.az xəbər verir ki, Makqreqor 12 iyulda UFC 329 turnirində Maks Holloueyə qarşı döyüşdə zədələnib. Onun dizinin çarpaz bağlarında qopma aşkarlanıb. İslam Maxaçev isə bildirib ki, Makqreqor boksda çıxış edəcək, çünki bütün pulunu spirtli içki və narkotikə xərcləyib.


