İngiltərəli fubolçu Ceydon Sanço "Mançester Yunayted"dən ayrıldıqdan sonra aşağı liqa klubunda fərdi məşqlərini davam etdirir.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı vinger hazırda azad agent statusunda olduğu üçün fiziki formasını saxlamaq məqsədilə ölkənin 10-cu divizionunda çıxış edən "Flikston" klubunun bazasında məşq edir.
Klubun sahibi Kristofer Qarsiya bildirib ki, Sanço heç bir sınaq müddətində olmayıb və transfer danışıqlarında iştirak etməyib.
O, yalnız növbəti karyera mərhələsinə hazırlaşmaq üçün fərdi məşqlər keçir.
"Ceydonun məşq üçün məhz "Flikston"u seçməsinə görə təşəkkür edirik və ona gələcək karyerasında uğurlar arzulayırıq. Əminik ki, o, bizim çıxış etdiyimiz səviyyədən qat-qat yüksəkdə olacaq", – deyə Qarsiya vurğulayıb.


