Braziliyalı UFC döyüşçüsü Allan Nasimentu 3 avqust tarixində 34 yaşında dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, o, həmin gün səhər huşsuz vəziyyətdə tapıblar. Ölümün ilkin səbəbi kimi infarkt göstərilir.

2011-ci ildən peşəkar MMA-da çıxış edən Nasimentu 22 qələbə və 7 məğlubiyyət əldə edib.

O, 2021-ci ildən UFC-də döyüşüb, burada 4 qələbə və 2 məğlubiyyətlə yadda qalıb.

Nasimentu "Chute Boxe Diego Lima" komandasında məşq edirdi. Bu komandada UFC-nin sabiq çempionu Çarls Oliveyra da çıxış edir.