UFC-nin iyun ayında ABŞ Prezidenti Donald Trampın 80 illik yubileyi münasibətilə "Ağ Ev"də təşkil etdiyi "UFC Freedom 250" turniri ciddi maliyyə itkisi ilə nəticələnib.

Offsideplus.az xəbər verir ki, "TKO Group Holdings"in ikinci rüb üzrə maliyyə hesabatına əsasən, tədbir şirkətə təxminən 30 milyon dollar zərər vurub.

Bilet satışı həyata keçirilmədiyi üçün canlı şoudan gəlir əldə olunmayıb, xərclərin bir hissəsi yalnız tərəfdaşlıq müqavilələri hesabına qarşılanıb.

Buna baxmayaraq, UFC-nin ümumi rüblük gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz artaraq 535,7 milyon dollara çatıb.

Şirkət rəhbərliyi birdəfəlik turnirin yaratdığı itkinin uzunmüddətli maliyyə sabitliyinə mənfi təsir göstərmədiyini bildirib.