NBA-nın tanınmış sabiq oyunçusu və məşqçisi Bayron Skott LeBron Ceymsin "Klivlend Kavalers"ə qayıtmaq ehtimalı barədə danışıb.

Offsideplus.az xəbər verir ki, Skott bu qərara təsir edən əsas amil kimi Ceyms Hardenin "Klivlend"də olmasını göstərib. "Əgər 'Klivlend'də Harden olmasaydı, LeBron ora bir dəfə də qayıdardı. Baxmayaraq ki, deyirlər LeBron Donavan Mitçellə də yaxşı uyğunlaşmır. Ümumiyyətlə, LeBronun uyğunlaşa bilməyəcəyi komanda yoxdur. Biz ötürməyə üstünlük verən bir oyunçudan danışırıq. O, heç vaxt eqoist olmayıb. Əksinə, onu tez-tez topu komanda yoldaşları ilə bölüşdüyünə görə tənqid ediblər. Həlledici atışı öz üzərinə götürməməsi fərqli bir fəlsəfədir, məsələn, Kobe ilə müqayisədə. Ona görə də LeBron istənilən komandada oynaya bilər. Xüsusilə də karyerasının bu mərhələsində onun əsas prioriteti qələbədir", – deyə Skott bildirib.