"Finiks Sans"ın ulduzu Devin Buker azarkeşin xahişi ilə bütün dövrlərin rəmzi beşliyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, onun seçimi belə olub: Stefen Karri, Kobe Brayant, LeBron Ceyms, Kevin Dürant və Şakil O’Nil.

Qeyd edək ki, Buker bir müddət Dyurantla birlikdə "Sans"da çıxış edib, lakin onların dueti gözlənilən nəticəni verməyib.