Braziliyalı hücumçu Neymar karyerasının gələcəyi barədə danışıb.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı futbolçu ötən il "Santos" klubuna qayıdıb. Braziliya millisinin 2026 Dünya Çempionatından kənar qalmasından sonra o, yığmadakı çıxışını başa vurduğunu açıqlamışdı.

"Nə qədər futbol oynayacağımı bilmirəm. Dayanmaq fikrim yoxdur, amma bu nə qədər davam edəcək, onu da deyə bilmirəm. "Santos"la müqaviləm bu ilin dekabrına qədərdir. Müqavilənin şərtlərinə əməl edib klubu layiqincə təmsil etmək istəyirəm. Sonra isə düşünəcəyəm: "Santos"da qalım, başqa kluba keçim, karyeramı bitirim, yoxsa davam edim. Hələ dəqiq qərar verməmişəm. Dekabra qədər vaxt var, hər oyuna ayrı-ayrılıqda yanaşmaq lazımdır. Fiziki cəhətdən özümü yaxşı hiss edirəm – bu, ən vacibidir", – deyə Neymar bildirib.