"Barselona"nın hücumçusu Ferran Torres klubdakı gələcəyi haqqında danışıb.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı futbolçu "blauqrana"da layiqincə qiymətləndirilmədiyini düşünür və bu səbəbdən PSJ-yə keçməyə hazırdır.

"Barselona" səni heyətdə saxlamaq üçün nə etməlidir?

– Qədrimi bildiklərini göstərməlidirlər. Yeni müqavilə ilə bağlı danışıqlara başlamalıdırlar, çünki sonda hər şey söhbət masasında həll olunur.