"Filadelfiya Seventi Siksers"in yeni transferi Ceylen Braunun rəsmi təqdimat mərasimi bu həftənin cümə axşamı baş tutacaq.
Offsideplus.az xəbər verir ki, tədbir yerli vaxtla saat 14:00-da start götürəcək.
Qeyd edək ki, "Filadelfiya" iyul ayında ulduz basketbolçunu "Boston Seltiks"dən heyətinə qatıb.
Bu keçid müqabilində "Seltiks"ə Pol Corc ilə yanaşı, gələcək dəraftlarda iki birinci və iki ikinci raund seçimi hüququ verilib.


