"Qarabağ" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Ukraynanın "Dinamo" Kiyev klubu ilə qarşılaşacaq. 

Offsideplus.az xəbər verir ki, səfərdə keçiriləcək ilk oyundan öncə Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı Bakıda tutacaq.

Tədbir avqustun 5-də, saat 11:45-də "Azersun Arena"da təşkil olunacaq.

Qeyd edək ki, "Dinamo" - "Qarabağ" matçı avqustun 6-da Polşanın Lublin şəhərindəki "Lublin Arena"da baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.