"Trabzonspor" Mohamed Salahdan sonra Duşan Vlahoviçlə də danışıqlara başlayıb.
Offsideplus.az xəbər verir ki, Qaradəniz təmsilçisi azad agent olan serbiyalı hücumçuya təklifini təqdim edib.
Bu barədə Türkiyənin "Sabah" nəşri məlumat yayıb.
Vlahoviçə illik 6 milyon avro məvacib və əlavə bonuslar təklif edilib.
26 yaşlı hücumçu "Yuventus" forması ilə 2025/26 mövsümündə 23 oyunda 10 qol vurmağı bacarıb.


