Transfer bazarında bomba effekti yaradacaq addım atılıb.
Offsideplus.az xəbər verir ki, İngiltərənin "Arsenal" klubu "Qalatasaray"ın hücumçusu Viktor Osimhen üçün gözlənilməz təklif göndərib.
London təmsilçisi nigeriyalı ulduz futbolçunu heyətinə qatmaq üçün İstanbul klubuna isveçli hücumçusu Viktor Gyökereş və əlavə olaraq 30 milyon avro təklif edib.
Bu barədə "HT Spor" məlumat yayıb.
Klublar arasında danışıqların hansı məcrada davam edəcəyi və "Qalatasaray" rəhbərliyinin bu sensasiyalı təklifə verəcəyi cavab böyük maraqla gözlənilir.


