Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev "Eqnatiya"nın Avropa Liqasının III təsnifat mərhələsində "Şemrok Rovers"ə qarşı keçirəcəyi oyunlar üçün sifariş ərizəsinə daxil edilib.
Offsideplus.az xəbər verir ki, tərəflər arasındakı ilk oyun bu gün - avqustun 4-də İrlandiyada baş tutacaq. Cavab qarşılaşması isə avqustun 13-də Albaniyada oynanılacaq.
Qeyd edək ki, Z. Əliyevə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışı ilə Azərbaycandan çıxışına qadağa qoyulmuşdu. O, daha sonra bu problemi həll edərək gec də olsa, komandasına qoşula bilmişdi.


