"Los Anceles Leykers"in ulduzu Luka Donçiç bərpa prosesini uğurla başa vurduğunu və yeni mövsümə hazır olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, sloveniyalı basketbolçu bərpa prosesi barədə danışıb:

"Mövsüm bitəndən sonra bir neçə həftə basketboldan tam uzaqlaşdım və bədənimi bərpa etdim. Sağalma prosesim əla keçdi, indi tam sağlamam. Hər yay mövsümünün əvvəlində bir müddət basketboldan uzaq oluram. Bu, fərqli üsuldur, amma mənim üçün işləyir. Oyunu bir az darıxmaq və yeni şeylər sınamaq məni daha da motivasiya edir və geri dönməyə həvəsləndirir".

Donçiç avqustda "Leykers"in heyətini Sloveniyada dörd günlük düşərgəyə dəvət edib və komanda üçün müxtəlif tədbirlər planlaşdırıb.