Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Gəncə” basketbol komandası Əlibəy Məmmədli ilə razılıq əldə edib. 

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı basketbolçu ilə qarşıdakı mövsümün sonuna kimi müqavilə bağlanıb.

Ötən mövsümü "Naxçıvan"da kapitan statusunda keçirən 190 sm boya malik müdafiəçi  2023/2024-cü illər mövsümündə də Gəncə təmsilçisinin şərəfini qoruyub.

Qeyd edək ki, U-18 və U-20 millilərinin heyətinə cəlb olunmuş basketbolçu kişilərdən ibarət 3×3 yığmasının üzvüdür.