UFC-nin hazırkı yüngül çəki çempionu İslam Maxaçev hesab edir ki, Konor Makqreqor təşkilatla müqaviləsi başa çatdıqdan sonra boksda şansını sınayacaq.

Offsideplus.az xəbər verir ki, o, bu barədə bunları söyləyib:

"Eşitmişəm, Makqreqorun UFC ilə növbəti döyüşü müqavilə üzrə sonuncu olacaq. Fikrimcə, həmin qarşılaşmadan sonra o, pul qazanmaq üçün boks və ya başqa bir sahəyə üz tutacaq. O, bütün pullarını spirtli içkilərə və narkotikə xərcləyib. İndi isə qazanmağa ehtiyacı var".

Qeyd edək ki, Konor Makqreqor sonuncu dəfə 12 iyulda UFC 329-da döyüşüb və ilk raundda diz bağlarını qoparıb. Hazırda onun UFC ilə bir döyüşlük müqaviləsi qalıb.