Çexiyalı basketbolçu Tomas Satoranski dörd mövsümdən sonra "Barselona"dan ayrılaraq "Hapoel Tel-Aviv"ə keçib.
Offsideplus.az xəbər verir ki, o, "Hapoel"də əsas oyunqurucu olmayacağını və bunu bilərək gəldiyini vurğulayıb:
"Burada əsas oyunqurucu Vasiliye Miçiç olacaq. Mən ikinci və ya üçüncü heyət oyunçusu olacağam ki, Avroliqada istədiyim də elə bu idi. Baş məşqçi Xavi Paskualın gedişindən sonra komandada qalmağın mənasız olduğunu anladım. Son iki il klub üçün siyasi və iqtisadi baxımdan yaxşı keçmədi, düzgün transferlər olunmadı."
Belindəki zədələrə baxmayaraq sonadək mübarizə apardığını qeyd edən 34 yaşlı basketbolçu "Barselona" rəhbərliyini də hədəf alıb:
"Barselona" mənim üçün böyük məyusluq oldu. Futbol rəhbərliyi basketbola tamamilə laqeyd yanaşırdı. Qarşımıza davamlı maneələr çıxarırdılar, basketbolda qələbə qazanmaq onlar üçün önəmli deyildi. Buna baxmayaraq, ötən mövsüm finala qədər irəliləməyimiz böyük iş idi. İndi isə "Hapoel"dəyəm və burada vizion sahibi olan rəhbərliklə Avroliqanı qazanmaq istəyirik."


