NBA-nın əfsanəvi baş məşqçisi Dok Riversin Basketbol "Şöhrət Zalı"na daxilolma mərasimində "Boston Seltiks"in 2008-ci il çempion heyətinin əsas simaları bir araya gələcək.

Offsideplus.az xəbər verir ki, Rey Allen təsdiqləyib ki, Pol Pirs və Kevin Qarnettlə birlikdə təcrübəli mütəxəssisi bu mötəbər tədbirdə müşayiət edəcəklər.

Mərasim 15 avqustda Sprinqfild şəhərində keçiriləcək.

Qeyd edək ki, hər üç sabiq basketbolçu artıq bu nüfuzlu titula layiq görülüb: Allen 2018-ci ildə, Qarnett 2020-ci ildə, Pirs isə 2021-ci ildə bura daxil edilib.