"Barselona" Hans-Diter Flikin bəyəndiyi hücumçunu heyətinə qatmaq istəyir
Offsideplus.az xəbər verir ki, İspaniya nəhəngi "transfer pəncərəsi"ndə növbəti addımını atmağa hazırlaşır.
Kataloniya təmsilçisi Fisnik Asllani üçün rəsmi təklif göndərməyi planlaşdırır.
"Blauqrana"nın baş məşqçisi Flik gənc hücumçunun oyununu böyük maraqla izləyir vər onun transferində şəxsən maraqlıdır.
Mütəxəssisin xüsusi istəyi ilə rəhbərlik yaxın günlərdə danışıqlara start verəcək.


