Çexiyalı MMA döyüşçüsü İrjı Proxazka şənbə günü keçirilən UFC-nin yüngül ağır çəki dərəcəsində çempionluq döyüşündə uğursuzluqla üzləşib.
Offsideplus.az xəbər verir ki, Karlos Ulberq çexiyalı idmançını ilk raundun 3:45-ci saniyəsində zərbəsi ilə nokauta salıb və hakim döyüşü dayandırıb.
Mayamidə baş tutan qarşılaşmaya Proxazka yaxşı başlamışdı. Ulberq sol ayağından zədə aldığı üçün onun üzərinə yük salmaqda çətinlik çəkirdi. Lakin döyüşün gedişində ağır zərbə alan çexiyalı idmançı yerə yıxılıb və Ulberqin ardıcıl zərbələrindən sonra hakim döyüşü dayandırıb.
Proxazka məğlubiyyətdən dərhal sonra verdiyi açıqlamada bunları deyib:
"Bu, həyatımın ən böyük dərslərindən biridir. Hər şey mənim əlimdə idi, lakin buna imkan verdim. Onun zədəsini gördüm və sonra... Lənət olsun".


