Azərbaycanlı MMA döyüşçüsü Əli Quliyev İsveçin Vasteros şəhərində baş tutan "Fight Club Rush" turnirində növbəti uğuruna imza atıb.

Offsideplus.az xəbər verir ki, 66 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız braziliyalı rəqibi Fabrisio Nunesi məğlub edərək oktaqondan qalib ayrılıb.

Qələbədən sonra Ə. Quliyev sosial media paylaşımında bildirib ki, onun məqsədi UFC-də döyüşməkdir.