UFC-nin yüngül çəkidə keçmiş çempionu Merab Dvalişvili burnundakı sınığa baxmayaraq, Petr Yan ilə döyüşməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, daha əvvəl o, bildirmişdi ki, bərpa müddəti çox uzun çəkdiyi üçün əməliyyatdan imtina edib.
"Bu il iki döyüş keçirmək istəyirəm: yayda Petr Yan ilə trilogiya və ilin sonuna qədər daha bir qarşılaşma. Aktiv olmaq və sevdiyim işi görməyə davam etmək istəyirəm. Çempion olub-olmayacağımın fərqi yoxdur. Sadəcə mümkün qədər tez-tez oktaqona çıxmaq istəyirəm, çünki bu, məni xoşbəxt edir. Nəticədən asılı olmayaraq, maksimum gücümü qoyub irəliləməyə davam edəcəyəm", — deyə Dvalişvili bildirib.


