Yüngül çəkidə UFC çempionu İliya Topuriya İslam Maxaçevin açıqlamalarına cavab verib.

Offsideplus.az xəbər verir ki, daha əvvəl Maxaçev döyüşün baş tutmamasını Topuriyanın həddindən artıq yüksək qonorar tələb etməsi ilə əlaqələndirmişdi.

"Mənim üçün bu, yalan kimi səslənir, çünki mən həqiqəti bilirəm. Birincisi, bir döyüşçü digərinin nə qədər pul istədiyi ilə maraqlanmamalıdır. Mən başqasının pulunu saymıram. Rəqibim nə qədər çox qazanırsa, bu, yalnız müsbət haldır.

İslamın əvvəllər də bəhanələri var idi, indi isə yeniləri peyda olub. Bu, açıq-aşkar onun döyüşdən qaçdığını göstərir", – deyə Topuriya bildirib.