İspaniya milli komandasının və "Barselona"nın üzvü Lamin Yamal UEFA Millətlər Liqasının tarixinə düşüb.
Offsideplus.az xəbər verir ki, o, yarışda qol vuran ən gənc futbolçu adını qazanıb.
İstedadlı hücumçu dünən Millətllər Liqasının 1/4 final mərhələsi çərçivəsində Niderlandla matçın əlavə vaxtında, 103-cü dəqiqədə fərqlənib. Bununla da, Lamin Yamal 17 yaş 258 günlüyündə sözügedən turnirdə qol vurmağı bacarıb.
İndiyə qədər rekord İspaniya yığması və "Barselona"nın digər futbolçusu Qaviyə məxsus idi. O, 17 yaş 304 günlüyündə Millətlər Liqasında qol vurmuşdu.
Qeyd edək ki, ispanlar Niderlanda penaltilər seriyasında qalib gələrək (ilk oyun 2:2, cavab görüşü əsas vaxt 2:2, əlavə hissə 1:1, penaltilərlə 5:4), yarışın yarımfinalına vəsiqə qazanıb.
BU DA MARAQLIDIR: