Türkiyə millisi Millətlər Liqası çərçivəsində ev oyununda İsveç yığmasına uduzub-0:1.

Offsideplus.az xəbər verir ki, bu nəticə “ay ulduzlar”ın C divizionuna düşməsinə səbəb olub. Oyundan sonra Türkiyə millisinin baş məşqçisi Mirça Luçeskunun mətbuat konfransı baş tutmayıb. Yerli mətbuat nümayəndələri tədbiri boykot edib. Luçesku cəmi 1 dəqiqədən sonra salonu tərk etməli olub.