Mahir Emreli “Dinamo”dan (Zaqreb) ayrıla bilər.

Xorvatiya mətbuatına inansaq, klub futbolçuya başqa komandaya keçməkdə problem yaratmayacaq. Redaksiyamıza millimizin üzvü ilə bağlı maraqlı informasiya daxil olub. Sən demə, hücumçu 2 klubla danışıq aparır. Təkliflərdən biri Azərbaycandan, digəri ölkə xaricindəndir.

Məlumatı dəqiqləşdirmək üçün futbolçunun anası Elnurə Emreli ilə əlaqə saxladıq. Oyunçunun valideynindən bu sualları soruşduq:

“Mahir Emrelinin Azərbaycana qayıtmaq ehtimalı var?"
“Futbolçu hansı klublarla danışıqlar aparır?"

Elnurə xanım Offsideplus.az-a açıqlamasında bunları söylədi:

“Mahir indi millinin yoxlama oyunlarına hazırlaşır. Fikri ancaq yığmadadır. Unutmayaq ki, “Dinamo” ilə davam edən müqaviləsi var. Hələ transfer dönəmi başlamayıb. Bu gün onun keçidi ilə bağlı dəqiq məlumat yoxdur”.